İdman

MDB Oyunları: Azərbaycan cüdoçuları daha üç medal qazanıblar

Sharing is caring!


Azərbaycanın daha üç cüdoçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.

“Report”un məlumatına görə, qızların mübarizəsində Nilgün Rzayeva (57 kiloqram) və Zeynəbxanım Əsədova (70 kiloqram), oğlanlardan isə Mehdi Abbasov (73 kiloqram) üçüncü yeri tutublar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (50 kiloqram), Ayxan Mirzəzadə (55 kiloqram) və Cəsur İbadlı (66 kiloqram) qızıl, Xədicə Abdullayeva (40 kiloqram) və Aytən Verdiyeva (52 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir