Cəmiyyət

Bakıda irimiqyaslı söküntü: Buldozerlər həyət evlərini yerlə yeksan etdi – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə köhnə həyət evlərinin sökülməsi işlərinə artıq başlanılıb.

Sözügedən ərazilər C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov qardaşları küçələrini əhatə edir. Buradakı həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə 11 girişli 16 mərtəbəli binalar inşa ediləcək.

Ərazidə yaşayan 288 ailənin köçürülməsi nəzərdə tutulsa da, 190 ailə şirkətlə razılıq müqaviləsi imzalayaraq köçürülüb. Yeni binanın iki il ərzində tikilib təhvil verilməsi nəzərdə tutulub. O vaxtadək ailələrin kirayə haqları ödəniləcək.

Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq çoxmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.

Photostock.az ərazidən çəkdiyi fotoları təqdim edir:

Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir