Cəmiyyət

Albaniya ilə Azərbaycan arasında əməkdaşlığın daha intensiv mərhələsinə qədəm qoyulacaq

Sharing is caring!

Azərbaycan müstəqil dövlət olaraq dünyanın əksər dövlətləri ilə ikitərəfli siyasi, iqtisadi mədəni əlaqələr saxlayır, xarici siyasətini bu əlaqələr əsasında qurur. Məhz bunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla mövcud münasibətlərini daha da genişləndirməyə çalışır. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Artıq möhtərəm Prezidentimiz  xarici ölkələrə səfərləri zamanı qalib dövlətin başçısı kimi qəbul edilir. Dövlət başçımızın bugünlərdə  Albaniyaya baş tutan dövlət səfəri zamanı da bunun şahidi olduq. Görüşdə Azərbaycan Res­pub­­li­kasının Prezidenti cənab İlham Əliyev bəyanatla çıxışında Albaniya dövlətinin xarici si­ya­sətini haqq-ədalət baxımından davam etdiyini diqqətə çatdıraraq dedi: “Həm işğal döv­rün­də, həm İkinci Qarabağ mü­haribəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbay­ca­nın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək  qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Albaniya Prezidenti Bayram Beqayın də mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşacağını vurğulayıb. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30- cu idönümü ərəfəsində əməkdaşlığın daha intensiv mərhələsinə qədəm qoyulacaq.

Azərbaycan həmçinin, Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Lakin Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Elə Gürcüstan nümunəsi və təcrübəsi buna misal ola bilər. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Hər iki ölkə Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri də həmişə çox fəal iştirak ediblər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq əlaqələrinin getdikcə möhkəmlənməsindən də söhbət açıb. Bildirib ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib: “Demək olar, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Bu gün iki ölkə arasında iqtisadiyyat sahəsində də əməkdaşlıq üçün əlverişli şərait var. Qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri uğurlu əməkdaşlıq nümunələri ola bilər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müahribə­sin­dən də söz açaraq bu ədalətli müharibədə Azərbaycanın güclü dövlət, Azərbaycan Ordusunun güc­lü ordu olduğunu xatırladıb: “Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qa­yıt­mı­şıq və bu torpaqlara həyat qayıdır”. Bu fikirlər ehtirama sədaqətdir və sədaqət olmaqla bə­ra­bər, Azərbaycan dövlətinin işğaldan azad edilmiş torpaqlarda başladığı və uğurla davam etdirdiyi quruculuq işlərinin də Zəfər qədər qürurla tarixləşəcəyinin zəmanətidir.

Xəyalə Əliyeva,

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir