Siyasət

Əfqanıstanda həlak olan Azərbaycan sülhməramlılarına şəhid statusunun verilməsi təklif olunub

Sharing is caring!

“Dünən Qubada keçirdiyim qəbulda 2 qazi var idi. Nə veteran kağızı ala bilir, nə başqa bir şey”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat deyib ki, başqa bir xanım da qəbulunda olub:

“Oğlu Azərbaycan sülhməramlılarının tərkibində Əfqanıstanda həlak olub. Bu qadının gəzmədiyi qapı qalmayıb. Son dəfə Prezidentin köməkçisi Məhərrəm Əliyevin qəbulunda olub. Deyilib ki, qanunda belə bir hal nəzərdə tutulmayıb. Biz bu məsələ ilə bağlı qanuna dəyişiklik etməliyik. Onun oğlu 14 ildir həlak olub, amma ona şəhid statusu verilə bilmir”.

Deputat bildirib ki, qanunda Azərbaycan hərbçilərinin sülhməramlıların tərkibində həlak olduqda, onlara şəhid statusunun verilməsi yoxdur:

“Təklif edirəm ki, Milli Məclisdə şəhid ailələri və müharibə veteranları ilə bağlı xüsusi dinləmə keçirək və problemləri müzakirə edək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir