Dünya

Rusiyada məşhur restoranlar şəbəkəsinin rəhbəri intihar edib – FOTO

Sharing is caring!

Moskvada “Kulinarnaya lavka bratyev Karavayevıx” (“Karavayev qardaşlarının kulinariya mağazası”) restoranlar şəbəkəsinin həmtəsisçisi Vladimir Lyakişev ölü tapılıb.

İlkin məlumatlara görə, o intihar edib.

Bildirilir ki, 45 yaşlı Lyakişev yaşayış binasının 16-cı mərtəbəsində ümumi eyvanda başından güllə yarası almış halda aşkarlanıb. Ehtimal edilir ki, həyat yoldaşı itlə gəzintiyə gedəndən sonra o özünə qəsd edib.

Biznesmen heç bir qeyd qoymayıb.

Lyakişevin biznesdə heç bir problem yaşamadığı vurğulanır. Bununla belə, o, son günlər alkoqoldan sui-istifadə edib və yaxınlarına intihar etmək niyyətini bildirib.

Onu da qeyd edək ki, 2008-ci ildə əsası qoyulan restoranlar şəbəkəsinə 40-dan çox müəssisə daxildir.

Mənbə: “112” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir