Cəmiyyət

Nazir: “Banklar yüksək məvacibli iş təklif edərlərsə, insanlar startap edib riski üzərlərinə götürməyəcəklər”

Sharing is caring!

“İnvestisiyanın məhsula çevrilməsi əlverişli mühit yaradacaq”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, pandemiya kompüter biliklərimizin yenilənməsinə ehtiyac olduğunu göstərib:

“Bu gün forumun mövzusu aktualdır. İnvestisiya və sahibkarlıq əsasdır. Son illər ölkəmizdə bu istiqamətdə işlər görülüb. Son iki il ərzində işlər aparılır. İnfrastruktur yenilənməlidir”.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanda innovasiyalar yetərli səviyyədə deyil:

“Əsas səbəb ekosistemin tamamən formalaşmamasıdır. Vacib məsələ insan resurslarının inkişafıdır. Bu gün bazarda İT şirkətlər, banklar insanlara yüksək məvacib müqabilində iş təklif edirlərsə, onlar böyük ehtimalla gedib öz şirkətlərini yaradıb, startap edib riski öz üzərlərinə götürməyəcəklər.

Məqsədimiz odur ki, bazara elə bir sayda insan təklif edək ki, bazar doyduqdan, onlar bəlli bir şirkətlərdə o yolu keçdikdən sonra nəyin işləyib-işləməməsini müəyyən edə bilsinlər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir