İdman

“Araz-Naxçıvan”da 11 müqavilə birdən

Sharing is caring!


Bu il Premyer Liqada debüt edəcək “Araz-Naxçıvan” komandası 11 müqavilə imzaladığını təsdiq edib.

Muxtar Respublika təmsilçisindən verilən məlumata görə, ötən mövsüm 27 qolla I Divizionun bombardiri olan Orxan Əliyev, eləcə də komandanın Premyer Liqaya vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib.

Onlardan başqa, “Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcəklər. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilələr mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə – qapıçı Semir Bukviç, Nuno Migel və Vandersonla anlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir