Dünya

ABŞ-də təyyarənin mühərrikinə daxil olan şəxs faciəvi şəkildə ölüb – FOTO

Sharing is caring!


ABŞ-də hava limanında təyyarənin mühərrik hissəsinə daxil olan şəxs faciəvi şəkildə ölüb.

Qeyd olunur ki, hazırda ABŞ-nin Yuta ştatının polisi Solt Leyk Siti Beynəlxalq Hava Limanında təyyarənin mühərrik hissəsinə daxil olan şəxsin ölüm səbəbini araşdırır.

Aeroportdan verilən məlumata görə, 30 yaşlı kişi mühafizə olunan əraziyə terminalın ehtiyat çıxışından daxil olub.

Ölən şəxsin hansı səbəbdən təyyarənin mühərrik hissinə daxil olmasının motivi araşdırılır.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir