Cəmiyyət

Türk dövlətləri və xalqları arasında əməkdaşlığın güclənməsi artıq reallıqdır

Sharing is caring!

       Noyabrın 11-i bütün türk dünyasının birliyinin və qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi gün oldu. Azərbaycan Prezidentinin dediyi kimi, dünyada təhlükələr hər il yaranmaqda və artmaqdadır. Ona görə də türk dövlətləri və xalqları arasında əməkdaşlığın gücləndirilməsi artıq tarixi zərurətdir. Səmərqənd Zirvə görüşü qloballaşan dünyada get-gedə daha güclü platformaya, daha böyük söz sahibinə çevrilən TDT-nin gələcək fəaliyyətinin “yol xəritəsi”nin çəkilməsi, birlikdə reallaşdırılması zəruri olan qlobal layihələrin razılaşdırılması və onların həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yaradacaq.

       Türk dövlətləri liderlərinin sammitində TDT-nin gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olundu. Artıq TDT-nin özünü regional güc mərkəzi kimi təsdiq etdiyini söyləmək mümkündür. Belə ki, təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir.

       Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

       Bu gün artıq TDT-nin özünü regional güc mərkəzi kimi təsdiq etdiyini söyləmək mümkündür. Belə ki, təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir. Biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik.   İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.

Rafail Nağıyev,

                      Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir