Cəmiyyət

Şuşa polisi: “Qızımın 1 yaşını Şuşada qeyd etdik” – VİDEO

Sharing is caring!

Baku TV-nin əməkdaşı Şuşa şəhərində polis kimi xidmət göstərən Cəlal Kərimovun qonağı olub.

O, Şuşada anası, həyat yoldaşı və qızı ilə birlikdə yaşayır.

“Ailəmi 10 gündür gətirmişəm. Özüm əvvəldən burada idim. Şərait qurandan sonra ailəmi də Şuşaya gətirmək qərarına gəldim”, – deyə C.Kazımov qeyd edib.

Şuşada doğulan polis leytenantının sözlərinə görə, əvvəllər Bakıda mühafizə polisində çalışıb, daha sonra isə könüllü olaraq Şuşa polisində xidmətə başlayıb.

Onların hazırda yaşadığı evdə 30 il ərzində yaşayış olmayıb. 

Ailənin balaca üzvü Nilayın bir yaşı da elə burada qeyd edilib.

Şuşada yaşamaqdan qürur duyduğunu deyən ailə günlərinin necə keçməsindən də bəhs edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir