İdman

Günay Məmmədzadə: “Bakıdakı Dünya Kubokunda məqsədim finala çıxmaqdır”

Sharing is caring!


“Öz ölkəmizdə oynamaq daha çox enerji, diqqət tələb edir. Amma mən belə yarışları şahmat bayramı hesab edirəm. Gözəl oyunlar olur, daha hazırlıqlı olmaq lazım gəlir. İnanıram ki, hər kəs ən yaxşı oyununu göstərəcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Azərbaycan qadın şahmatçısı Günay Məmmədzadə deyib.

O, yarışda məqsədini açıqlayıb:

“Rəqibimin kim olacağını bilmirəm. Ümumi hazırlıq keçmişəm. Məqsədim finala çıxmaqdır. İnanıram ki, bu yarış gənc nəslə təkan verəcək və onlar bizdən motivasiya alacaqlar”.

Qeyd edək ki, iyulun 30-da start götürəcək Dünya Kuboku avqustun 24-nə qədər davam edəcək.

Faiq Tahirov 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir