Cəmiyyət

Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 289 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Ölkədə son sutka ərzində 1 825, hazırkı dövrədək isə 7 333 142 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir