Dünya

Ermənistan parlamenti Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsini gündəliyinə daxil etmədi

Sharing is caring!


Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib.

Ermənistan mediasının məlumatına görə, “Vətəndaş sazişi” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib.

Bundan əvvəl Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri komissiyası Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını qadağan edən qanunvericilik təşəbbüsünü rədd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir