Cəmiyyət

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır – VİDEO

Sharing is caring!


Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

Qeydiyyatla bağlı təlimat videosunu təqdim edirik: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir