Siyasət

Markov: “Azərbaycanın antiterror tədbirləri vəziyyətin nizamlanması ilə nəticələnib”

Sharing is caring!


“Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri vəziyyətin nizamlanmasına və sabitləşməsinə gətirib çıxarıb. Yəni Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyi bərqərar olacaq və Azərbaycanın konstitusiya quruluşu bərpa ediləcək”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

O qeyd edib ki, Azərbaycan ordusu Ermənistan ordusundan daha güclüdür:

“Rusiyada hər kəs döyüşlərin uzun sürməyəcəyini, Azərbaycan ordusu daha güclü olduğu üçün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tamamilə məğlub olacağını gözləyirdi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir