Siyasət

AMEA prezidenti: “Şuşada seysmik stansiyanın quraşdırılması istiqamətində işlər davam etdirilir”

Sharing is caring!


“Şuşada Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunan bir ədəd quyudubi seysmik stansiyanın quraşdırılması istiqamətində işlər davam etdirilir”.

“Report”un xəbərinə görə, AMEA-nın Yer Elmləri bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə yeni seysmik stansiyaların quraşdırılması məsələsi ilə əlaqədar danışarkən deyib.

AMEA prezidenti, seysmologiya sahəsində elmi kadrların hazırlanması, seysmologiya ixtisası üzrə doktorantura pilləsinin açılması və RSXM-də Dissertasiya Şurasının yaradılması məsələsinin də gündəlikdə olduğunu bildirib.

Həmçinin mərkəzin xarici ölkələrin seysmoloji mərkəzləri, əsasən də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və
TUBİTAK-la (Türkiyə Elmi və Texnoloji araşdırma qurumu) əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir