Dünya

İranda qadın cərrah hicaba görə universitetdən qovuldu – FOTO

Sharing is caring!


Bir müddət öncə Gilan əyalətinin Babol şəhərində nümunəvi həkimlərin təltifetmə marisiminə məcbrui hicabsız qatılan ağız və üz-çənə cərrahı Fatimə Rəcayirad Babol Tibb Elmləri Universitetindən xaric edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Fatimə Rəcayirad sosial media hesabındakı paylaşımda universitetdən qovulduğu barədə rəsmi məktub aldığını yazıb.

Qeyd edək ki, bundan öncə onun universitetdə dərs deməsinə qadağa qoyulub. Bununla yanaşı təltifetmə mərasimində iştirak edən Amol şəhər Tibb Universiteti fakültəsinin dekanı, “Xomeyni” xəstəxanasının məsul şəxsi və Mazandaran əyalətinin Səhiyyə İdarəsinin rəhbəri tutduqları vəzifədən azad ediliblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir