Cəmiyyət

Bakı metrosunda bir sıra struktur dəyişiklikləri baş verib

Sharing is caring!

“Bakı metropolitenində aparılan struktur dəyişikliklər hesabına müxtəlif nasazlıqlar səbəbindən gün ərzində depoya qaytarılan qatarların sayı minimuma endirilib”.

Oxu.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov Bakı metrosunun yaranmasının 55 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Qurumun baş mühəndisi bildirib ki, rəhbər heyətin yükünü azaltmaq məqsədilə yeni qurumlar yaradıldı:

“Öncə “N.Nərimanov” elektrik deposunda olan xidmət nəzərdən keçirilərək Depolar üzrə İş Departamenti adlandırıldı. Bununla da bir rəhbərin çiyninə düşən yükü görən qurum rəhbəri onun tərkibindən Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentini çıxararaq, ayrıca bir qurum yaratdı. Eyni zamanda Vaqonların Əsaslı Təmiri xidməti, Elektrik Mühərriklərinin Əsaslı Təmiri xidməti, Vaqonların daxili və xarici estetikası və təmizliyi üçün, hərəkət qatarlarının daxilində olan kondisionerlərin texniki istismarı üçün, maşinistlərin trenajorda treningini aparmaq üçün ayrıca qurumlar yaradıldı.

Beləliklə Depolar üzrə iş Departamentinin rəhbəri və əməkdaşlarına yalnız hərəkət tərkiblərinin təmiri və istismarını həyata keçirtmək üçün şərait yaradıldı”.

Ə.Osmanov onu da əlavə edib ki, bunun nəticəsində adları çəkilən bütün sahələrdə əməkdaşların işi təkminləşdirildi:

“Buna qədər müxtəlif nasazlıqlar səbəbindən gündə 10-20 qatar növbədən kənar depoya qayıdırdısa da, bu gün bu rəqəm ən minimum həddə çatdırılıb, heç il ərzində bu sayda nasazlıq qeydə alınmır” .

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir