Cəmiyyət

Daha iki yeni qatar Bakı metrosuna çatdırılıb

Sharing is caring!

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu iki qatar da Azərbaycana çatıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirilib ki, hazırda həmin vaqonlar depodadır:

“Vaqonlar hərzamankı kimi, protokol qaydasına müvafiq olaraq, sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra xəttə buraxılacaq. Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatıb”.

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən, Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalı idi.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir