Cəmiyyət

Bakıda avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanılıb

Sharing is caring!

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan “BakuBus” MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı  xuliqanlıq hərəkətləri edən “Toyota Corolla” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir