Cəmiyyət

Bakıda cərimədən yayınmağa çalışan sürücüdən qeyri-adi “çıxış yolu” – VİDEO

Sharing is caring!

Azərbaycanda sürücü avtomobilinin dövlət nömrə nişanına müdaxilə edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İddia edilir ki, “NAZ Lifan” markalı 01-BD-449 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nömrəsinə edilən kənar müdaxilə səbəbindən avtomobilin nömrəsi 01-BD-448 kimi görüntülənir. Qayda pozuntuları zamanı cərimələr isə yanlış nəqliyyat vasitəsinə yönlədirilir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilən qayda pozuntularına görə barəsində tərtib edilmiş elektron protokollar həmin sürücünün adına rəsmiləşdirilib:

“Yəni 01-BD-448 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün adına heç bir elektron protokol tərtib edilməyib. Əlbəttə ki, sürücünün etdiyi bu hərəkət qanun pozuntusudur və həmin sürücü barəsində buna görə əlavə tənbeh tədbiri görüləcək. Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, belə qanun pozuntularına yol verməsinlər, əks təqdirdə barələrində ciddi tənbeh tədbirləri görüləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir