Dünya

Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə: “İkinci səhvə yol vermək istəmirik”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük addımlarını müsbət qarşılamadığını deyib.

“İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin buna müsbət baxmırıq. Bundan əvvəl Yunanıstanla bağlı NATO məsələsində səhvə yol verdilər. Arxasında NATO olan Yunanıstanın Türkiyəyə qarşı münasibətini bilirsiniz. Türkiyə olaraq bu mövzuda ikinci səhvə yol vermək istəmirik.

Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evləri kimidir. PKK, DHKP-C İsveç və Niderlandda yuva qurmuş vəziyyətdədir. Hətta parlamentlərində də yer alıblar. Bu məsələyə müsbət yanaşmamız mümkün deyil”, – deyə o, jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir