Cəmiyyət

FHN: Ötən sutka 23 yanğına çıxış olub, yeddi nəfər xilas edilib

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, yeddi halda köməksiz vəziyyətdə qalma və bir avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Bu barədə FHN-in yaydığı məlumatda deyilir.

Bildirilir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində yeddi nəfər xilas edilib, Yevlax rayonunun Malbinəsi kəndində VAZ və “Nissan” markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir