Cəmiyyət

10 yaşlı Əsma leykozla mübarizə aparır – FOTO

Sharing is caring!

2012-ci il təvəllüdlü Abbaszadə Əsma Şahin qızı leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun atası Abbasov Şahin Əhədağa oğlu məlumat verib.

O qeyd edib ki, 10 yaşlı övladı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:

“Qızım Türkiyədə əməliyyat olunmalıdır. Ona sümük iliyi nəql edilməlidir. Bunun üçün bizə 75 min manat lazımdır. Pulun 50 min manatı hazırdır. Qalan 25 min manatı toplamağa çalışırıq. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Abbaszadə Əsma Şahin qızının valideyni ilə əlaqə saxlanılıb:

“Vətəndaş övladının leykoz xəstəsi olduğunu bildirib və sümük iliyi transplantasiyası üçün donorun Türkiyə Respublikasında tapıldığını qeyd edərək köməklik göstərilməsini xahiş edib.

Valideynə övladının əməliyyatının (donor ailənin birinci dərəcəli üzvləri olmaqla) “Qanın bəd xassəli xəstəlikləri ilə mübarizəyə dair Tədbirlər Proqramı“ çərçivəsində Hematologiya İnstitutunda ödənişsiz həyata keçirilməsinin mümkün olduğu bildirilib. Lakin valideyn imtina edərək artıq donorun (xarici vətəndaş) tapıldığını və təcili olaraq əməliyyatın Türkiyə Respublikasındakı “Emsey” hospitalında həyata keçirilməsi üçün maliyyə yardımına ehtiyacı olduğunu bildirib”.

Ailə ilə əlaqə: 055 390 78 46

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir