Cəmiyyət

Bakıda məşhur yazıçının heykəlinin ucaldılacağı yer məlum oldu – FOTO

Sharing is caring!


Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin yeri məlum olub.

APA xəbər verir ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şosesinin kəsişməsindəki parkda ucaldılacaq.

Sözügedən yer təklif edilən üç ərazi içərisindən seçilib.

Artıq ərazidə hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, abidənin hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi 15 iyun – 31 iyul 2023-cü il tarixlərində açıq müsabiqə keçirib.

Təqdim olunan 21 eskiz layihə Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndirilib və Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi layihə uğurlu hesab olunaraq qalib elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir