Cəmiyyət

Zaqatalada yeni doğulan körpə ölüb

Sharing is caring!

Zaqatalada yeni doğulan körpə ölüb.

APA-nın məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (MRX) Doğum şöbəsinə daxil olub.

24 yaşlı G.Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir