Cəmiyyət

Əbubəkir Şahin: “Azərbaycanın Şuşada gördüyü işlərdən qürur duyuruq”

Sharing is caring!

“Türk dünyasının ən önəmli mərkəzlərindən biri olan Şuşada görüşümüz çox əlamətdar hadisədir. Türk Dövlətləri Təşkilatları (TDT) olaraq, Azərbaycanın Şuşada gördüyü işlərdən qürur duyuruq”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin Şuşada oktyabrın 27-də Bakıda keçirilən iclasda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük zəfər türk dünyasının zəfəridir:

“Biz TDT olaraq, türk dünyasında iş birliyini genişləndirmək üçün əlimizdən gələni edəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir