Cəmiyyət

TƏBİB Hesablama Palatasının xəstəxanalardakı nöqsanlarla bağlı auditinə münasibət bildirdi

Sharing is caring!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) böyrəklərin xroniki xəstəliyi ilə bağlı həyata keçirilən fəaliyyətin Hesablama Palatası tərəfindən aaprılan audit nəticələri ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada qeyd edilib ki, auditin əhatə etdiyi dövr ərzində – yəni, 1 yanvar 2016-cı il tarixindən 31 dekabr 2021-ci ilədək – “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətinə aid olmayıb. Sözügedən Tədbirlər Proqramının icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2022-ci ilin fevral ayından həvalə olunub:

“Aidiyyəti qurumlar tərəfindən müvafiq komissiyanın formalaşdırılmadığı məsələsinə gəldikdə isə qeyd edək ki, TƏBİB-in Müşahidə Şurasının Qərarı ilə “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin müalicəsinin təşkili üzrə komissiya” yaradılıb və fəaliyyətdədir.

Əvvəlki dövləri əhatə edən çatışmazlıqların aradan qaldırılması üzrə hazırda TƏBİB tərəfindən ardıcıl tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, auditdə bildirilib ki, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməmişdir. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərmiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir