Cəmiyyət

Balaca Dənizin köməyə ehtiyacı var – FOTO/VİDEO

Sharing is caring!

Doqquz yaşlı Dəniz Rəhimli ağır beyin iflicindən əziyyət çəkir və nəticədə yeriyə və danışa bilmir. Bundan əlavə, uşaq epilepsiyadan və qıcolmadan əziyyət çəkir. Onu müalicə edən həkimlər bildirirlər ki, Dənizin xəstəliyi müalicə olunandır. Bunun üçün dərmanların qəbulunu, fizioterapiyanı, həmçinin psixoloqla loqopedin işini birləşdirmək lazımdır. Ancaq ailənin bunları həyata keçirmək üçün pulu qalmayıb. 

Xəstəlikdən əziyyət çəkən uşağın anası Ülkanə Rəhimova qızının müalicəsi üçün vəsait toplanmasına kömək istəyib.

“Bir yaşından başlayaraq biz Dənizi müayinə və konsultasiya üçün Türkiyəyə aparmışıq. Müalicənin nəticəsi yaxşı oldu. Daha sonra evimizi və maşınımızı satdıq. Müalicəni davam etdirdik.

Paytaxtda xeyriyyəçi təşkilatlarından birinin birdəfəlik köməyi sayəsində 2020-ci ilin noyabrında yenidən İstanbula uça bildik. Vəsait müayinədən keçmək və müalicə almaq, dərman xərclərini ilkin dönəmdə ödəmək üçün kifayət etdi.

İndi biz bir il olar ki, Dəniz üçün müalicə ala bilmirik. Səhhətində yaxşılaşmanı gördüyümüz bir vaxtda, müalicəni davam etdirə bilmirik, illər ərzində sərf etdiyimiz bütün əziyyətlərin boşa çıxacağından qorxuruq.

Biz yolun yarısında dayana bilmərik. Əlimizdə olan hər şeyi satmışıq, Dənizin müalicəsini təmin etmək üçün əlimizdən gələni edirik. İndi bütün ümidlərimiz övladımıza yeni bir həyat bəxş edə biləcək mərhəmətli insanlardır”, – deyə Ülkanə Rəhimova bildirib.

Əlaqə nömrəsi (anası Ülkanə Rəhimova): +994 70 853 98 86

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir