Cəmiyyət

Anadangəlmə fiziki və əqli məhdudiyyətli qadın görmə qabiliyyətini də itirmək üzrədir – FOTO

Sharing is caring!

1982-ci il təvəllüdlü Məmmədova Tərlanə Qulu qızı anadangəlmə fiziki və əqli məhdudiyyətlidir.

Bu barədə bacısı Səlimova Hicran Qulu qızı məlumat verib.

O qeyd edib ki, bacısı 3-cü dərəcəli əlildir:

“Bir gözü tamamilə görmür, digər gözü isə cəmi 1 faiz görür. Onun gözünə linza qoyulmalıdır ki, az da olsa özünü idarə edə bilsin. Hal-hazırda gündüzlər zəif görsə də, gecələr görmür. Həkimlər deyirlər ki, 1 faiz görən gözünü bərpa edə bilməsələr də, ən azından görməsini tamamilə itirməsinin qarşısını ala bilərlər.

Özəl klinikaların birində bildirilib ki, bu əməliyyatın icrası üçün 1000 manat pul lazımdır.

İmkanlı şəxslərdən xahiş edirəm, bacımın gözünü itirməməsi üçün bizə kömək etsinlər”. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Məmmədova Tərlanə Qulu qızının bacısı ilə əlaqə saxlanılıb:

“Məlumata əsasən, vətəndaşın diabetik retinopatiya göz xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, vətəndaşa cərrahi əməliyyatın Xidmətlər Zərfi ilə təminata alınmadığı bildirilib. Ailə üzvü vətəndaş üçün gərəkli olan arqon lazer fotokoaqulyasiya cərrahi əməliyyatının mümkünlüyünü və tibbi xidmətin icrası üçün pulyığma aksiyasına ehtiyacı olduğunu bildirib”.

Ailə ilə əlaqə nömrəsi: 050 624 89 96

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir