Cəmiyyət

Orxan Sadıqov: “Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur”

Sharing is caring!

“Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov Milli Kulinariya Konqresində çıxışında deyib.

O bildirib ki, Milli Kulinariya Mərkəzinin funksiyası elmi metodoloji bazanın təkmilləşdirilməsi, 30 ildən sonra Azərbaycanda tədris ediləcək ədəbiyyatı formalaşdırmaq, sifarişini vermək, kulinariyanı elm olaraq təsdiq etmək və onun qeyd olunan gününü müəyyənləşdirməkdir:

“Eyni zamanda, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün Dövlət Turizm Agentliyi vasitəsilə Nazirlər Kabinetinə də müraciət etmək və cəmiyyəti buna baxış istiqamətini dəyişib, bu yönə yönəltmək, Azərbaycan Milli Kulinariya Mərkəzini yeniliklərin reyestri elm mərkəzinə, bazaya çevrilməsi əsas prioritetdir”.

O.Sadıqov vurğulayıb ki, müştərək yol xəritəsi ilə Azərbaycan milli irsinin xəritəsinin təbliğatı, qorunması mexanizmlərini dəqiq işlənib gündəmə gətirməlidirlər:

“Bu mexanizmlər dəqiq işlənərsə, işi peşəkarcasına icra edərlərsə, proses uğurla və daha çevik həyata keçiriləcək. Artıq Bakıda Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur. İşğaldan azad edilən ərazilərin əsas küçələrində milli mətbəxi təmsil edəcək kafe və restoranlar olmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir