Cəmiyyət

Şəki sakini öz avtomobilini yandırdı

Sharing is caring!

Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb.

APA-nın məlumatına görə, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib. 

1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus VAZ-2106 markalı, 27-BN-761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir