Cəmiyyət

Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub: Xəsarət alanlar var

Sharing is caring!

Ağdaş-Mingəçevir marşrutu üzrə fəaliyyət göstərən mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaşdan Mingəçevirə sərnişin daşıyan “QAZel” markalı mikroavtobus digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Ağdaş rayon sakinləri, 2001-ci il təvəllüdlü E.Əhmədova və onun həmyaşıdı A.Musayeva xəsarət alıblar.

Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir