Cəmiyyət

İki əsr əvvəl ermənilər tərəfindən didərgin salınanların məskəni olan Qarabağlılardan reportaj – VİDEO

Sharing is caring!

Təxminən iki əsr öncə ermənilərin öz doğma yurd yerlərindən didərgin saldığı Ağdamın Muradbəyli kəndindən olan Muradbəylilər ailəsi qonşu Gürcüstanda məskən salıblar.

Rəsmi adı Çanqilari olan Qarabağlılar kəndinin ən qocaman sakini − 89 yaşlı Səfər Cəfərov babası Murad kişinin Gürcüstanda məskən salmağa məcbur olmasının səbəblərini Baku TV-nin əməkdaşı ilə bölüşüb.

“1813-cü ildə ermənilər bizimkilərin qabağını kəsmişdilər. Sonradan özləri ilə bir neçə nəfəri də gətirib 3-4 adamımızı öldürmüşdülər. Babamgil ölüləri dəfn edə bilmədən oradan çıxmalı olmuşdu”, – deyə S.Cəfərov deyib.

Vətən müharibəsində qazanılan qələbə, torpaqlarımızın mənfur ermənilərdən azad olunması barədə danışan Səfər Cəfərov göz yaşlarını saxlaya bilməyib. 

Qarabağlılar kənd sakinlərinin yeganə arzusu əsrlər öncə didərgin düşdükləri doğma torpaqlarını bir gün gedib görməkdir.

Məlumat üçün onu da bildirək ki, Muradbəylilər nəslinin nümayəndələri Qarabağlılar kəndi ilə yanaşı, paytaxt Tbilisi, Kaspi rayonunun Ferma kəndi və ölkənin digər ərazilərində də yaşayırlar. 

Qeyd edək ki, kənd qəbiristanlığındakı məzar daşlarının üzərində də Qarabağlılar sözü əbədiyyətə həkk edilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir