Cəmiyyət

Jurnalistlər üçün yazı müsabiqəsində Oxu.Az və Report.az qaliblər SİYAHISINDA

Sharing is caring!

Oktyabrın 7-də “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlərin Füzuli, Hadrut və Şuşaya mediaturu təşkil olunub.

Səfər çərçivəsində media nümayəndələri tikintisi davam edən Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq yarımstansiyası və Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar.

Səfərdə iştirak edən jurnalistlər üçün yazı (reportaj) müsabiqəsi elan edilib. Müsabiqəyə təqdim olunan yazılı və audiovizual materiallar analoji olaraq çap mediası subyektlərində çalışan jurnalistlər üçün köşə yazısı, televiziya əməkdaşları üçün isə reportaj janrında olmalı idi. Köşə yazısı ən çoxu 500 sözdən ibarət olmalı, audiovizual materialların xronometrajı isə maksimum 5 dəqiqə təşkil etməli idi. Səfər bitdikdən sonra iştirakçılar çalışdıqları media subyektlərində dərc etdirdikləri və ya yayımladıqları materialları 11.10.2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməli idilər. 

Müsabiqə elan olunduqdan sonra qeyd edilən poçt ünvanına 20 köşə yazısı və 8 reportaj göndərilib. Təqdim olunmuş köşə yazıları və reportajlar müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Mükafatlandırılacaq ən yaxşı 5 köşə yazısı və ən yaxşı 3 reportajın müəllifi seçilib.

Yazılı:

1. Xaliq Kazımlı – “Yeni Müsavat” qəzeti 
Materialın adı: Avtobusla Hadrutdan keçərkən…

2. Kubra Məhərrəmova – Oxu.Az
Materialın adı: İşığın zülmət üzərində qələbə rəqsi

3. Gülnar Əliyeva – Qafqazinfo.az 
Materialın adı: İşıq sürəti ilə Şuşaya…

4. İlqar Tağıyev – “525-ci qəzet”
Materialın adı: Mənim Şuşaya borcum

5. Tural İbadlı – Report.az
Materialın adı: Qarabağda əbədi işıq yandıranlar

 REPORTAJ

1. ARB Media Qrup/ ARB 24 TV
Aysel Nəbiyeva (müxbir) 
Həsən Eltürk (operator)

2. CBC TV

Bənövşə Nəzərova (müxbir)
Rüfət Mirpaşa (operator)

3. AzTV

Ruslan Həsənov (müxbir)
Urfan Əliyev (operator) 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir