Siyasət

Tibb müəssisələrində müalicə alan seçicilər necə səs verəcəklər? – AÇIQLAMA

Sharing is caring!


“Seçki Məcəlləsinin tələblərinə görə, tibb müəssisələrində müalicə alan şəxslərin prezident seçkilərində səsvermə hüquqları var. Bu hüququ təmin etmək üçün seçki komissiyaları ilə yanaşı, həmin tibb müəssisələrinin üzərinə də vəzifə düşür. Tibb müəssisələri hansı seçki dairəsinin ərazisində yerləşirsə, həmin seçki dairələrinin dairə seçki komissiyaları səsvermə gününə ən az beş gün qalmış burada seçki məntəqələrini və məntəqə seçki komissiyalarını formalaşdırırlar”.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.

Katibin sözlərinə görə, hazırda tibb müəssisələrində müalicə alan seçicilər prezident seçkiləri günü 19 seçki məntəqəsində öz səsvermə hüquqlarından istifadə edəcəklər:

“Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada daşınan qutulardan da istifadə olunacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir