Cəmiyyət

Zabrat-Kürdəxanı yolunda səki yoxdur, piyadalar təhlükə altındadır – FOTO

Sharing is caring!

Zabrat-Kürdəxanı yolunda səki yoxdur. Piyadalar təhlükəli şəkildə maşın yolu ilə gedirlər. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, yolun “Zabrat” və “Məmmədli” dairələri arasındakı yolun kənarı enişli-yoxuşludur.

Əraziyə yağış, qar yağan zaman palçıq olur. Yol kənarında maşınlar da dayanır ki, yolu keçmək çətinləşir. 
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə paylaşılan “Məmmədli” dairəsində (Zabrat-Kürdəxanı şosesinin sağ kənarı) göstərilən sahə Sabunçu və Abşeron rayonlarının sərhəd hissəsində yerləşir:

“Buna baxmayaraq, sakinlər tərəfindən qaldırılan məsələlərlə əlaqədar tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Sabunçu  rayon Polis İdarəsinin Dövlət  Yol  Polis  Şöbəsinə müraciət olunub. Yəqin ki, aidiyyəti qurumlar tərəfindən qeyd olunan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir