Cəmiyyət

Azyaşlı uşaqlara yol-hərəkəti qaydalarına həsr olunmuş tədbir keçirilib – FOTO

Sharing is caring!

Bakı şəhəri Sabunçu rayonu Cəfər Cabbarlı adına 178 saylı orta məktəbdə 1-7-ci sinfə qədər yaş aralığında olan şagirdlərlə Yol Hərəkəti Qaydalarına həsr olunmuş tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli, BŞDYPİ-nin inspektoru, polis leytenantı Rüstəm Əhmədli, Sabunçu Rayonu Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis kapitanı Yaqub Piriyev və digər Sabunçu DYP-nin əməkdaşları iştirak ediblər.

Tədbirin təşkil olunmasında əsas məqsəd uşaqlara yol hərəkəti qaydalarını aşılamaq və onları yollardakı təhlükələrdən qorumaqdır. Bu, eyni zamanda DİN-in “Diqqət, uşaqlar” aylığı çərçivəsində keçirilən tədbirlərin bir hissəsi kimidir. 

Tədbirdə pedaqoji kollektivdən xahiş edilib ki, bu cür tədbirlərdə məsələnin həyati əhəmiyyətliyini, xüsusilə də azyaşlı uşaqlar, yeniyetmələr arasında bu təbliğatın vacib olduğu nəzərə alsınlar. Onlar belə tədbirlərin mütəmadi keçirilməsində polisə dəstək olsunlar ki, DYP də yeni formalaşan nəsli daha məsuliyyətli və təhlükələrdən qorumaq naminə bu işləri görə bilsin.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir