Cəmiyyət

Vətən müharibəsi dövründə cinayət xarakterli faktlarla bağlı 87 cinayət işi başlanıb

Sharing is caring!

Vətən müharibəsi başlayan gündən Ermənistan silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə gedişində törədilən digər cinayət xarakterli faktlarla bağlı Baş Prokurorluq tərəfindən ümumilikdə 87 cinayət işi başladılaraq istintaq idarəsinə həvalə edilib.

“Report” xəbər verir ki, bu sözləri Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O qeyd edib ki, həmin cinayət işləri aşağıdakı qaydada qruplaşdırılıb:

– 39 cinayət işi bilavasitə mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması, əmlakın qəsdən məhv edilməsi və zədələnməsi;

– 26 cinayət işi mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində mülki şəxslərin sağlamlıqlarına ziyan vurulması;

– 8 cinayət işi Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri;

– 4 cinayət işi Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz çağırışlarla bağlı;

– 3 cinayət işi infrastruktur obyektlərinin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması;

– 3 cinayət işi isə işğal altında olmuş ərazilərdə tarixi mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağackəsmə və ya digər ekoloji cinayət faktları ilə bağlı, eləcə də vətən müharibəsi dövründə ayrı-ayrı vaxtlarda fosfor mərmilərindən istifadə edilməsi nəticəsində işğal altında olmuş ərazilərə qanunsuz silah daşınması, həmin yerlərdə erməni milliyyətində olan mülki şəxslərin qəsdən məskunlaşdırılması və Azərbaycanın dövlət bayrağı barədə təhqiredici hərəkətlər edilməsinə dair faktlara görə.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir