Dünya

Zaporojye AES yenidən enerjisiz qaldı

Sharing is caring!

Zaporojye Atom Elektrik Stansiyası yenidən enerjisiz qalıb. Rusiya hərbçilərinin atəşə tutması nəticəsində stansiyanın elektrik şəbəkəsi ilə rabitə xətti də kəsilib.

Bu barədə “Energoatom”un mətbuat xidməti məlumat yayıb.

Bu gün Rusiya hərbçiləri Ukraynanın nəzarətində olan ərazilərdəki kritik infrastruktur yarımstansiyalarını yenidən atəşə tutub. Nəticədə 750 kV-luq Zaporojye AES-in sonuncu rabitə xətti olan “Dneprovskaya”nın fəaliyyəti dayanıb.

Keçid prosesində gərginliyin qısamüddətli azalması ilə bağlı stansiyanın köməkçi transformatoru xətdən ayrılıb və dizel generatorları işə düşüb.

Qeyd edək ki, bir müddət öncə, oktyabrın 12-də də Rusiya qoşunlarının raket atəşi nəticəsində Dnepropetrovsk vilayətində “Dneprovskaya” yarımstansiyası zədələnmiş, 750 kV-luq “Dneprovskaya” rabitə xəttinin fəaliyyəti dayanmışdı.

Nəticədə Zaporojye AES-in enerjisi tamamilə kəsilmiş, avtomatik rejimdə dizel generatorları işə düşmüşdü.

Mənbə: Ekonomiçeskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir