Cəmiyyət

Narkotikə görə tutuldu, oğurluq əməlləri üzə çıxdı – FOTO

Sharing is caring!

Narkotik vasitə ilə saxlanılan Masallı sakininin oğurluq əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini Rövşən Atakişiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun iki oğurluq əməlinin də üstü açılıb. Belə ki, R.Atakişiyevin Masallı şəhəri ərazisindəki çay evlərindən birindən 1000 manat dəyərində 2 ədəd samovar, Musaküçə kəndindən isə bir ədəd dana oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir