Cəmiyyət

“Vito” “Kamaz”la toqquşdu: Yeddi nəfər xəsarət aldı

Sharing is caring!

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub.

Qəza zamanı mikroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nürgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin kafi olduğu bildirilir.

Mikroavtobus Bakıdan Qazaxa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir