Cəmiyyət

Əri öləndən sonra intihar edən QADININ VƏSİYYƏTİ: Uşağımızı… – VİDEO

Sharing is caring!

Bakıda qəzada ölən ərinin yoxluğuna dözə bilməyən qadının intiharı ilə bağlı bəzi detallar üzə çıxıb.

APA TV xəbər verir ki, 34 yaşlı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb.

Onun meyitini bacısı və qonşusu aşkar ediblər. N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb. Cütlük 18 il evli olub. 16 il sonra isə oğul övladları dünyaya gəlib.

N.Umudova intihar etməzdən əvvəl bacısına vəsiyyətnamə yazıb və övladını ona tapşırıb. N.Umudovanın bacısının da övladı olmayıbmış.

Xatırladaq ki, qəza oktyabrın 9-da axşam saatlarında Kürdəxanıda baş verib. Sumqayıt şəhər sakini, 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb. Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum cütlüyün yaşadığı evdən hazırlanan reportajı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir