Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Sharing is caring!

Bakının Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, yanğın binanın 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir