Cəmiyyət

Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub

Sharing is caring!

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vəlvələ kəndi ərazində qeydə alınıb.

Quba rayon sakini Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki azyaşlı övladını vurub.

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb, onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir