“İstehsal subyektləri nə qədər xırda olursa, hərəsi ayrı-ayrı məhsul istehsal edirsə, burada onların məhsuldarlığı aşağı olur. Nə qədər geniş ərazidə ancaq bir fermer becərirsə, məhsuldarlıq artır”. Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı Emin Qəribli subsidiyalardan fermerlərin effektli istifadə edə bilməsi və onun məhsuldarlığa təsiri ilə bağlı danışarkən deyib. Xatırladaq ki, Hesablama Palatasının məlumatına görə, 2020-ci il ilə […]
Ağdam rayonunda 21 yaşlı kişi itkin düşüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 8-də rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Rüstəmov Nurlan Vidadi oğlu yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. Xeberal.az
Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq […]