Cəmiyyət

Azərbaycanda son sutkada 67 nəfər koronavirusa yoluxub – FOTO

Sharing is caring!

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 780, bu günə qədər isə ümumilikdə 7 273 091 test icra olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir