Cəmiyyət

Gəncədə Suvarma Sistemləri İdarəsinə məxsus naqillər oğurlanıb, saxlanılan var

Sharing is caring!

Gəncədə Suvarma Sistemləri İdarəsinə məxsus subartezian quyusunu elektriklə təmin edən naqilləri oğurlayan şəxs saxlanılıb.

“Report”un məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Babayev saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun iki həyətyanı sahədən su mühərriki və təmir-tikinti aləti də oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir