Cəmiyyət

Hacıqabulda avtomobil aşdı, beş yaralı var

Sharing is caring!

Hacıqabul-Horadiz yolunda maşın aşıb.

Oxu.Az-ın məlumatına görə, “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Avtomobildə beş nəfər olub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yolun 34-cü kilometrliyində baş verib:

“Hadisə nəticəsində xəsarət alanlar Şirvan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan biri azyaşlıdır. Ümumilikdə beş nəfərdən dördünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, bir nəfərin müalicəsi davam etdirilir. Ölüm və ağır xəsarət yoxdur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir