Cəmiyyət

Bülbülə gölünün yanında ağacdan asılmış kişi meyiti tapıldı

Sharing is caring!

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Qəhrəmanov Hidayət Eyni oğlu burada yerləşən Bülbülə gölünün yaxınlığındakı sıx ağaclardan özünü asaraq həyatına son qoyub. Onun meyiti sakinlər tərəfindən ağacdan asılmış şəkildə aşkar edilib.

İddialara görə, H.Qəhrəmanov spirtli içki aludəçisi olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir